Rusiyada 42 dərəcə isti qeydə alındı

08 İyul, 2020 15:59 | Siyasət | Baxış sayı: 77
Həştərxan şəhəri
Həştərxan şəhəri

Rusiyanın cənubunda temperatur 42 dərəcəyədək yüksəlib.

İstiPress-in məlumatına görə, bu göstərici Kalmıkiya Respublikasının bır sıra rayonlarında və Həştərxan vilayətində qeyd alınıb.

Proqnozlara əsasən, bəzi yaşayış məntəqələrində gün ərzində temperatur 43 dərəcəyə qalxa bilər.

Saratov vilayətində temperatur 40 dərəcəyə çatıb.