Türkiyədə törədilmiş partlayışa görə 16 nəfər saxlanılıb

08 İyul, 2019 10:37 | Siyasət | Baxış sayı: 60

Polis Reyhanlı və İskənderunda xüsusi əməliyyat keçirib

Türkiyənin hüquq-mühafizə orqanları Hatay vilayətində baş vermiş partlayışa görə 16 nəfəri saxlayıb. 

İstiPress-in məlumatına görə, onlar Reyhanlı və İskənderun rayonunda keçirilmiş xüsusi əməliyyat nəticəsində ələ keçiblər.

Saxlanılanlar təhlükəsizlik idarəsinə aparılıb.

Qeyd edək ki, partlayış iyulun 5-i Türkiyənin Hatay vilayətin Reyhanlı rayonunda qeydə alınıb.

Məlumata görə, avtomobil partlaması ilə baş verən insident nəticəsində ölən və yaralanan şəxslər var.

Ölənlər arasında 3 Suriya vətəndaşının olduğu bildirilir. Daha 5 suriyalı isə yaralanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisənin terror aktı olduğunu istisna etməyib.