Gürcü aparıcı Putini söydü - ölkədə vəziyyət gərginləşdi

08 İyul, 2019 10:58 | Siyasət | Baxış sayı: 292
Vladimir Putin
Vladimir Putin

Giorgi Qabunia Rusiya liderinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalında yayımlanan “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin təhqir olunub.

İstiPress-in məlumatına görə, proqramın aparıcısı Giorgi Qabunia V.Putinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib.

Müxalif televiziya kanalının bu hərəkəti Gürcüstan hökumətini və ictimaiyyəti hiddətləndirib.

Baş nazir Mamuka Baxtadze “Rustavi 2” kanalını ölkədə qeyri-sabitlik yaratmağa cəhddə ittiham edib: “Bu gün “Rustavi 2”də gördüyümüz iyrənc təxribat aktı və ölkəmizdə sabitliyi pozmağa cəhdindən başqa bir şey deyil. Bu isə tamamilə yolverilməzdir”.

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze də “Rustavi 2” kanalının efirində səsləndirilən ifadələri Gürcüstan dövləti və xalqına qarşı təxribat kimi qiymətləndirib. 

Gürcüstan prezidenti Salome Zurabişvili də məsələ ilə bağlı bəyanat verib. O, televiziya kanalını dövlət maraqlarına xələl gətirməkdə ittiham edib. Dövlət başçısının sözlərinə görə, Gürcüstanın yolu sülh yolu, gücü isə sabitlikdir.