Bakı BMT-nin Qarabağ qətnamələrinin yerinə yetirilməsini gözləyir

08 İyul, 2019 10:22 | Siyasət | Baxış sayı: 71
Şuşa - işğaldan 25 il sonra
Şuşa - işğaldan 25 il sonra

Elmar Məmmədyarov Sakit Okean Alyansının Zirvə toplantısında danışıb

Rəsmi Bakı beynəlxalq ictimaiyyətin Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur edən tədbirlər görəcəyini gözləyir.

“Münaqişənin sülh yolu ilə həll olunmasına və ATƏT-in vasitəçiliyi ilə danışıqlar prosesində fəal mövqe tutmağa səy göstərən Azərbaycan beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qeyri-qanuni işğalının nəticələrini möhkəmləndirməyi nəzərdə tutan hər hansı fəaliyyətdə iştirakdan çəkinəcəyini və təcavüzkarın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur edən tədbirlər görəcəyini gözləyir”, - deyə xarici işlər naziri Elmar Məmmədyarov Sakit Okean Alyansının (SOA) Limada keçirilən 14-cü Zirvə toplantısında çıxışı zamanı bildirib.

5-6 iyul tarixlərində keçirilən Zirvə toplantısında Sakit Okean Alyansına üzv ölkələrin (Meksika, Kolumbiya, Peru və Çili) prezidentlərinin və müşahidəçi ölkələrin rəsmiləri iştirak ediblər.*