Gəncənin deputatı Elmar Vəliyevlə bağlı müraciət yaydı - VİDEO

08 İyul, 2018 13:58 | Siyasət | Baxış sayı: 407
Elmar Vəliyev
Elmar Vəliyev

Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev 3 iyulda Gəncər şəhər icra başçısı Elmar Vəliyevə edilən silahlı hücumla bağlı gəncəlilərə müraciət edib.

İstiPress-in məlumatına görə, deputat həmin hücumu terror adlandırıb və bu hadisənin arxasında dayanan qüvəllərin məqsədinin Azərbaycanın sabitliyini pozmaq olduğunu söyləyib.

O, gəncəliləri həmin hadisəni və ölkənin sabitliyini pozmaq istəyənləri lənətləməyə, “Terrora yox” deməyə çağırıb.

Qeyd edək ki, Yunus Səfərov iyulun 3-də Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onları yaralayıb.