Ərdoğan 18 mindən çox məmuru və hərbçini işdən qovdu

08 İyul, 2018 13:44 | Siyasət | Baxış sayı: 116
Istanbul
Istanbul

Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyətdən sonra dövlət qulluğundan 18632 nəfər işdən çıxarlıb.

İstiPress-in məlumatına görə, onların “Paralel dövlət” terror təşkilatının lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin tərəfdarları olduğu bildirilir.

Məlumata əsasən, Türkiyə Ordusunda 6152 nəfər işdən azad edilib. Təhlükəsizlik Xidmətindən 8998 nəfər, jandarmeriyadan 649 əməkdaş çıxarılıb. Həmçinin işdən çıxarılmalar Ədliyyə Nazirliyi (1051 nəfər), Təhsil Nazirliyi (658), Dini Qurumlar üzrə İdarə (240), dövlət universitetlərinə (199 nəfər) də toxunub. Eləcə də Türkiyədə 12 ictimai təşkilat, üç qəzet və telekanal bağlanıb.

Bütün bunlar fövqəladə vəziyyətlə bağlı qəbul edilmiş qaydalara əsasən həyata keçirilib. Yeri gəlmişkən, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, fövqəladə vəziyyət iyulun 18-i ləğv edilə bilər.

Xatırladaq ki, 2016-cı ilin 16 iyul gecəsi Türkiyədə qiyamçılar qrupu hərbi çevrilişə cəhd etdi. Əsas qarşıdurma Ankarada və İstanbulda oldu. İnsident nəticəsində 250-dən çox Türkiyə vətəndaşı həlak oldu, iki min nəfərdən çox insan yaralandı.

Qiyam yatırıldı.