Prezident Portuqaliya liderinə məktub göndərdi

08 İyun, 2019 17:01 | Siyasət | Baxış sayı: 36
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

İlham Əliyev Marselu Rebelu di Souzanı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın dövlət başçısı Marselu Rebelu di Souzaya təbrik məktubu göndərib. Məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcək.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".