Qarabağda partlayışa hazırlıq

08 İyun, 2018 09:40 | Siyasət | Baxış sayı: 389
Xankəndidə etiraz mitinqi
Xankəndidə etiraz mitinqi

Paşinyan Sarkisyanın son qalasını dağıdır

Qarabağda baş verənlərə sözardı. Serj Sarkisyan Qarabağdakı tərəfdaşları Bako Saaakayan və başqalarının köməyi ilə çevriliş etmək istəyib. Bu barədə erməni mətbuatı yazır. Bu Sarkisyanın son ümiddir.

Bəzi KİV-in iddiasına görə, Xankəndindəki yerli sakinlərlə güc strukturlarının əməkdaşları arasındakı toqquşmanı məhz o təşkil edib. Bu toqquşma nəticəsində Azərbaycanın erməni işğalında olan başqa şəhərlərində etirazlar baş qaldırıb.

Erməni mətbuatı həmçinin qeyd edir ki, baş nazir Nikol Paşinyan yaxın zamanda Qarabağın bütün rəhbərliyini dəyişmək niyyətindədir. Proses artıq başlayıb. Çünki köhnə “hakimiyyət” Ermənistanın keçmiş rəhbərlərinin tərəfdaşları olub.

Amma bu gün Qarabağda insanların yorğunluq effekti hiss edilir. Onlar perespektivlərini daha parlaq görmək istəyirlər. Bunun üçün də bu regionda vəziyyət ilk baxışdan nisbətən sakit görünsə də, kiçik bir qığılcım Qarabağda yenidən xalqın ayağa qalxması üçün kifayətdir.