Qarabağda düşmən əsgəri yaralandı

08 İyun, 2018 15:50 | Siyasət | Baxış sayı: 182
Ermənistan Ordusunun işğalçı bölmələri Qarabağda
Ermənistan Ordusunun işğalçı bölmələri Qarabağda

Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində erməni əsgər yaralanıb. 

İstiPress-in "News.am"a istinadən verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin hərbçisi, 1998-ci il təvəllüdlü  Gevork Andranikoviç Xaçatryan güllə yarası alıb.  Hadisə gecə 22:30-da baş verib.

Ermənistan KİV-lərinin yazdığına görə, faktla bağlı araşdırma aparılır.