Prezidentdən deputata 60 yaş hədiyyəsi

08 İyun, 2018 13:35 | Siyasət | Baxış sayı: 139
 İlham Əliyev sərəncam imzalayıb
İlham Əliyev sərəncam imzalayıb

Deputat haqqında sərəncam verildi

Prezident İlham Əliyev deputat İmamverdi İsmayilovu mükafatalandırıb. İstiPress-in məlumatına görə, bu barədə dövlət başçısı sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İmamverdi İbiş oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olub.

1995-ci ildən Milli Məclisin deputatıdır. Hakim Yeni Azərbaycan Partiyasının üzvü, Parlamentin Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəridir.