Paşinyan Qarabağı çox istəyirsə...

08 İyun, 2018 12:55 | Siyasət | Baxış sayı: 406
Nikol Paşinyan
Nikol Paşinyan

Rus politoloq erməni naziri tənqid atəşinə tutdu

"Paşinyanın dedikləri siyasi cəfəngiyatdır". Rusiya politoloq, “Politrus" ekspert analitik qrupun rəhbəri Vitali Arkov belə deyir. O, Ermənistanın baş nazirini Dağlıq Qarabağın danışıqlarda tərəf olması barədə dediklərinə görə tənqid edib.

“Dünyada heç bir ölkə, o cümlədən Ermənistanın özü bu separataçı rejimi tanımır. Hansı yolla o danışıqlar tərəf olmalıdır? Əgər Paşinyan Qarabağın da danışıqlar masasına oturmağını çox istəyirsə qoy onu severen dövlət kimi tanısın. Amma baş nazir bunun onun üçün hansı nəticələrə səbəb olacağını bilir”.

Əslində Paşinyanın bəyanatı oyundur. Arkovun fikrincə, Moskvada bu gün yeni nazirə çox ehtiyatla yanaşırlar. Onu tanımağa məcbur idilər. Amma gələcəkdə Rusiya tərəfinin ona güzəştə getməyəcəyi bəllidir.

Paşinyanın özü də bənzər bəyanatlarla Moskvanın dözümünü yoxlamağa çalışır.  

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar separatçı rejimin rəhbərliyinin iştirakı olmadan effekt verə bilməz. N. Paşinyan deyib ki, Robert Koçaryan Ermənistan gəlməzdən öncə Qarabağın seçilmiş “prezidenti”, Serj Sarkisyan isə qondarma “Dağlıq Qarabağ Respublikası”nın müdafiəsinin təşkilatçılarında biri olub: “Ona görə də onlar Qarabağın adından danışıqlarda iştirak etmək mandatına malik ola bilərdilər. Lakin eyni şeyi mən də edə bilmərəm. Bunə mənim nə hüquqi, nə siyasi, nə də mənəvi haqqım var. Qarabağ xalqı Ermənistanda seçkilərdə iştirak etmir. Onlar öz hakimiyyətlərinə malikdirlər, buna görə də danışıqlarda onları yalnız legitim hökumətləri təmsil edə bilər”.