MİDA-nın Aparat rəhbəri vəzifəsinə təyinat olub

08 İyun, 2018 15:29 | Siyasət | Baxış sayı: 73
Yasamal Yaşayış Kompleksi
Yasamal Yaşayış Kompleksi

Azərbaycan Respublikasının Prezidenti yanıında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri vəzifəsinə təyinat olub.

İstiPress-in məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb. 

Əmrə əsasən, Çingiz Qədimov MİDA-nın Aparat rəhbəri vəzifəsinə təyin edilib. 

O, əvvəllər agentliyin Hüquq və nəzarət şöbəsinin daxili nəzarət sektorunun müdiri işləyib. 

Qeyd edək ki, əvvəllər MİDA-nın Aparat rəhbəri vəzifəsini Anar Quliyev tutub. O, bir müddət əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.