Ermənistanın hazırlaşdığı üç tərəfli müharibə

08 İyun, 2018 20:54 | Siyasət | Baxış sayı: 834
Nikol Pashinyan və Qarabağ klanının əsas üzvlərindən biri Bako Saakyan
Nikol Pashinyan və Qarabağ klanının əsas üzvlərindən biri Bako Saakyan

Parlament çoxluğu Rusiyadan yardım gözləyir

Ermnistan prezidenti Armen Sarkisyan konstitusiyaya yeni dəyişikliklər üzərində işləyir və məqsədi hazırda baş nazir Nikol Paşiyanın əlində cəmlənmiş səlahiyyətlərin bir qismini ələ keçrməkdir.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan "Qraparak" qəzeti yazır. Qəzetin məlumatına görə, bir aydan çox olar ki, konstitusiyaya yeni dəyişikliklər üzərində xüsusi ekspert qrupu işləyir və dəyişiklər yəqin ki, yaxın vaxtda referenduma çıxarılacaq. Yəni Armen Sarkisyan vəzifə səlahiyyətləri üçün yeni bir savaşa hazırlaşır. 

İndiki vəziyyətdə belədir ki, Ermənistan prezidenti hətta Təhlükəsizlik Şurasının üzvü deyil. Ümumiyyətlə Serj Sarkisyan baş nazir olmağı qərara aldığına görə, Konstitusiyaya etdiyi dəyişikliklərdə prezident üçün heç bir nəfəs yeri qoymamışdı. Paşinyanın baş nazir kimi vəziyyəti tam nəzarətə bilmədiyi və parlament çoxluğunun rəqib Respublika Partiyasına məxsusluğu Armen Sarkisyanın bu islahatlara nail olmasına dəstək verə bilər. 

Yəni belə referendumun təyin edilməsinə inqilab hay-küyü yatdıqdan sonra Paşiyan mane ola bilməz. Paşinyan ali baş komnadanlığın və Qarabağ danışıqları üzrə səlahiyyətlərin Armen Sarkisyana verilməsinə canla-başla razı olar. Hər halda, Qarabağ danışıqlarından başı çıxmadığını özü də etiraf edir. Bir gün belə əsgərlikdə olmamış adamdan nə ali baş komandan çıxar ki?

Armen Sarkisyan Nikol Paşinyanın komandası ilə
Armen Sarkisyan Nikol Paşinyanın komandası ilə

Ermənistanda savaşa hazırlaşan ikinci tərəf hakimiyyətdən salınmış parlament çoxluğu - Respublika Partiyasıdır. Onlar Nikol Paşinyanın ilkin razılaşmaya əməl etməməsindən, partiyanın önəmli fiqurlarına divan tutmasından çox narazıdırlar və Paşinyanı müqavimətsiz hakimiyyətə gətirdiklərinə çox peşmandırlar . "Jamanak" qəzetinin yazdığına görə, Respublika Partiyası Rusiyanın yardımı ilə yenidən hakimiyyətə gəlmək istəyirlər və hazırda Nikol Paşinyanın Ermənistanı Rusiyanın təsir zonasından çıxarmaqla məşğul olduğunu isbat etməyə çalışırlar.

Sarbonna Universtitetinin professoru Hayk Martirosyan isə “JPG” də yazdığı məqaləsində iddia edir ki, müharibəyə hazırlaşan üçüncü tərəf Paşinyanın rəhbərlik etdiyi qərbçilərdir. O, erməni gənclərin Rusiyaya qarşı “İntifada”ya başladığını iddia edib. Hayk Martirosyan bildirir ki, Paşiyanın vəzifəyə gətirdiyi gəncləri bir ümumi cəhət birləşdirir - Rusiyaya nifrət. Əslində Hak Martirosyan elə hakimiyyətdən salınmış Respublika Partiyasının təmsilçilərinin dediyini deyir. Bircə, Rusiya buna inansaydı.