Ərdoğandan iki il davam edən fövqəladə vəziyyət açıqlaması

08 İyun, 2018 12:01 | Siyasət | Baxış sayı: 37
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Seçkidən sonra...

Türkiyədə iki ilə yaxındır davam edən fövqəladə vəziyyət rejimi seçkidən sonra aradan qaldırıla bilər. İstiPress-in məlumatına görə, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

"Seçkidən sonra bu məsələnin müzakirəyə çıxarılaraq aradan qaldırılması söhbət mövzusu ola bilər. Bununla bağlı iş aparacağıq".

Xatırladaq ki, Türkiyədə seçki iyun ayının 24-də keçiriləcək. Fövqəladə vəziyyət isə iki il öncə - 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhddən sonra tədbiq edilib. Bu illər ərzində bir neçə aydan bir  fövqəladə vəziyyət rejimi uzadılıb.