Azərbaycanı sevməyən jurnalist Strasburqda özünü asdı

08 İyun, 2018 16:57 | Siyasət | Baxış sayı: 142
Entoni Bourdai
Entoni Bourdai

Ermənilərin dostu,  ötən il Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib erməni separatçılarını təbliğ etdiyi üçün Bakının “qara siyahısına” düşən jurnalist Entoni Bourdain Fransada özünü asıb. 

İstiPress-in məlumatına görə, bu barədə Entoni Bourdainın işlədiyi "CNN" xəbər verib.  Aparıcısı olduğu proqramla bağlı çəkilişlər üçün Fransanın Strasburq şəhərində olan 61 yaşlı Bourdain qaldığı oteldə asılımış vəziyyətdə tapılıb. ABŞ mətbuatı Bourdainin karyerası boyu narkotik asılılığından əziyyət çəkdiyini və özünü asaraq intihar etdiyini bildirir.

Entoni Bourdain ötən ilin oktyabrında ABŞ-dakı erməni diasporunun təşkilatçılığı ilə işğal altındakı Dağlıq Qarabağa səfər edib. Özünün social şəbəkə hesabında Şuşadan və digər yerlərdən çəkilmiş fotoları paylaşıb. O, “erməni milli mətbəxinin nümunələrini” təbliğ edib. Bundan sonra Azərbaycan XİN CNN aparıcısını qara siyahıya daxil etmişdi.