DTX indi də Mədəniyyət Nazirliyində əməliyyat keçirib

08 May, 2020 16:27 | Siyasət | Baxış sayı: 150
Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
Dövlət Təhlükəsizliyi Xidməti (DTX)

Nazir müavini saxlanılıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX)  tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

İstiPress-in məlumatına görə, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Hüquq-mühafizə orqanlarındakı mənbələrinin verdiyi məlumata görə, mədəniyyət nazirinin müavini Rafiq Bayramov saxlanılıb.