XİN: Avropa İttifaqı şirkətləri Qarabağda qızıl çıxarır

08 May, 2018 13:45 | Siyasət | Baxış sayı: 96
XİN
XİN

“Biz Avropa İttifaqından Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin istismarına qarşı mövqe gözləyirik

Azərbaycan regional əməkdaşlığın fəal iştirakçılarından biridir. Eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran və digər üçtərəfli əməkdaşlıq formatları var.

İstiPress-in məlumatına görə, bunu Bakıda keçirilən Avropa İttifaqı (Aİ) - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsi mövzusunda müzakirələr zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi, səfir Kamil Xasıyev deyib.

O xatırladıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Avrasiya İttifaqının üzvüdür: “Biz Avropa İttifaqından Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin istismarına qarşı mövqe gözləyirik. Azərbaycanın işğal olunmuş ərazilərində Avropa İttifaqı ölkələrinin şirkətləri qızıl çıxarılması ilə məşğuldur. Biz bu məsələyə münasibət bildirilməsini istəyirik. Bu, nə dərəcədə düzgündür?!”