Sarkisyan: "Mən Əliyevi yaxşı tanıyıram"

08 May, 2018 10:26 | Siyasət | Baxış sayı: 680
İrəvanda mitinq
İrəvanda mitinq

Qarabağda yeni müharibə?

"Mən İlham Əliyevi şəxsən tanıyıram". İstiPress-in məlumatına görə, bunu "Exo Moskvı"ya müsahibəsində Ermənistanın yeni prezidenti Armen Sarkisyan deyib. O, erməni işğalında olan Qarabağda gərginliyin arta biləcəyindən ehtiyat edir. 

Ermənistanda hakimiyyətin dəyişməsinin Bakı ilə aparılan danışıqlara təsir edib-edə bilməyəcəyi barədə sualına cavabında o belə deyib. "Bunu heç cür şərh edə bilmərəm. İlham Əliyevi çox yaxşı tanıyıram. Ancaq bu çox həssas məqamdır. Yəni ki, Qarabağda gərginliyin arta biləcəyi ehtimalını istisna etmək olmaz". 

Sarkisyan Rusiya ilə münasibətlərə də aydınlıq gətirib. O, deyib ki, Rusiya Ermənistanın strateji və hərbi-siyası tərəfdaşıdır. "Hər kəsə bəllidir ki, Ermənistan ordusu Rusiya ordusuna çox yaxındır. Orduya dəstək NATO və ya Çin silahları ilə deyil, Rusiyadan olan hərbi texnika ilə dəstyəklənir". 

O, bildirib ki, Ermənistan və Rusiya təhlükəsizlik üzrə eyni təşkilata üzvdürlər və ölkəsinə rus hərbi bazası lazımdır.