Paşinyan Azərbaycanla danışmaq istəyir

08 May, 2018 13:10 | Siyasət | Baxış sayı: 313
Nikol Paşinyan
Nikol Paşinyan

"Qarabağla bağlı danışıqları aparmağa hazıram"

Ermənistanda bu dəqiqələrdə baş nazir olmaq istəyən Nikol Paşinayan ikinci dəfə parlament də çıxış edir. Parlamentdə çıxış edən Paşinyan Qarabağla bağlı da danışıb. O,  danışıqlara hazır olduğunu bəyan edib. "Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları aparmağa hazıram”.

Maraqlıdır ki, onun dedikləri üst-üstə düşmür. Hələ bir az öncə o, qeyd edib ki, Ermənistandakı inqilabın qələbəsi Dağlıq Qarabağ üçün yeni imkanlar açır. İnqilabın Qarabağı daha da möhkəmləndirəcəyini, az qala separatçı rejimi beynəlxlaq səviyyədə tanıdacağını deyirdi. "İndi ermənilər Qarabağ problemin həllinə heç vaxt bu qədər yaxın olmayıb". Bu barədə Koçaryan, Sarkisyan da dəfələrlə çıxışlar ediblr. Nəticə isə göz qabağındadır.  

Söz yığını ilə məşğul olan bir Qarabağ klanı artıq sübuta uğradıldı. İndi də Paşinyan boş-boş avtoritetini gücləndirmək üçün ölkəni içində olduğu böhrandan çıxarmaq, cüzi pensiya, maaşı artırmaq, 2020-ci ilə kimi ödənişlərin artımına qoyulan qadağaları aradan götürmək əvəzinə Sarkisyan rejiminin dediklərini təkrarlayır.

Azərbaycanın Qarabağ məsələsində mövqeyi hər kəsə bəllidir.

Bu vəziyyət məşhur ifadəni xatırladır – "İnqilab hər zaman öz başçısını məhv edir". Paşinyanla da eyni şeyin baş verəcəyi aydındır.