Nikol Paşinyan baş nazir seçildi

08 May, 2018 13:51 | Siyasət | Baxış sayı: 1056
Nikol Paşinyan
Nikol Paşinyan

Həsənov və daha 11 deputat onun tərəfinə keçib

Ermənistanda etiraz mitinqlərinə rəhbərlik edən Nikol Paşinyan bu gün parlamentdə keçirilən seçkilərdə baş nazir seçilib.

İstiPress-in məlumatına görə, Paşinyanın seçilməsinə 59 nəfər səs verib, 42 nəfər isə onun əleyhinə səs verib. 

Nikol Paşinyanın baş nazir seçlməsi üçün ikinci dəfə təşəbbüslə 47 deputat  - "Çıxış", "Sarukyan" və "Daşnaksutyun" fraksiyalarının təmsilçiləri çıxış etmişdi. 

Lakin onun seçilməsi üçün 53 səsə ehtiyac vardı. Bu günkü səsvermədə hakim Respublika Partiyasından 12 deputat Paşinyanın tərəfinə keşdi. Onların sırasında vaxtilə Azərbaycan mətbuatında Günyaz imzası ilə şeirlər çap etdirən kürd deputat Knyaz Həsənov da olub.