İrəvan kimi seçəcək?

08 May, 2018 09:58 | Siyasət | Baxış sayı: 107
Ermənistanda etiraz aksiyası
Ermənistanda etiraz aksiyası

Rusiyanın cavab axtardığı sual

"Moskva suallarına cavab axtarır. Ermənistandakı hadisələrin arxasında kim dayanır və İrəvan strateji partnyor qismində kimi seçəcək – Rusiya və ya Avropanı?". “Vesti FM” efirində çıxış edən rusiyalı politoloq Sergey Mixiyev Ermənistanda baş verən hadisələri belə şərh edib.

Onun sözlərinə görə, 2015-ci ildə Serj Sarkisyan siyasi islahatlar aparanda, ölkəni parlament respublikasına çevirəndə Moskvanın buna reaksiyası neqativ olmuşdu. "Ona bu addımdan çəkinmək məsləhət görülmüşdü. Amma o özünün doğru addım atdığından əmin idi. Lakin bunun o siyasi çöküşə səbəb oldu. Sirr deyil ki, SSRİ-nin dağılmasından sonra ölkənin iqtisadiyyatı tamamilə çökmüşdü. Xalq öz tarixi vətəninin tərk edirdi. Qalanlar isə qərblər sıx əlaqə qurmağa başladı. Ermənistanda bir anda xarici fondlar, qrant təşkilatları işə düşdü. Etiraf edək ki, burada qərbəmeyilli məmurlar yetişdirildi. İntelkektual sinif, ekspertlər, qrant sistemi ilə mətbuatın böyük qismi ələ alındı".

Bu gün balaca Ermənistanda 2 mindən çox QHT çalışır. Bundan başqa ancaq ABŞ-ın İrəvandakı səfirliyində 2 mindən çox insan işləyir. Bu isə post sovet məkanındakı ən böyük səfirlikdir. Hesablamalara görə, bir amerikalı diplomata 0,5 min erməni düşür.

Bundan başqa politoloq qeyd edib ki, qərbdən olan kuratorlar Türkiyə, hətta İranla münasibətlərin pisləşməsni nəzərə alaraq bu ölkədən adıçəkilən dövlətlərə qarşı mübarizədə istifadə edə bilərlər. Erkspert düşünür ki, bu Ermənistan üçün məhvlə nəticələnə bilər.