İran və Azərbaycan Xəzərdə birgə neft yatağı işləməyə hazırlaşır

08 May, 2018 19:58 | Siyasət | Baxış sayı: 80
Həsən Ruhani
Həsən Ruhani

Həsən Ruhani üzünü həm də Orta Asiyaya tutub

İran və Azərbaycan Xəzər dənizində neft yatağının birgə işlənməsi üçün hazırlıqlar aparır və bu cür əməkdaşlıq tarixdə ilk dəfə reallaşdırılır.

İstiPress-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Tehranda beynəlxalq sərgi zamanı deyib.

H.Ruhaninin sözlərinə görə, İran bu istiqamətdə digər qonşu ölkələrlə, o cümlədən Türkmənistanla əməkdaşlıq edə bilər: “Bir çox hallarda, biz ehtiyatlara qonşularımızla birgə malik oluruq. Bu cür yataqların işlənməsinə investisiyaları artırmaq çox vacibdir”.