Ordumuzun snayper və tankçılarının döyüş hazırlığı belə yoxlanılır VİDEO

08 Aprel, 2020 17:00 | Siyasət | Baxış sayı: 160
Snayper
Snayper

Şərti düşmən hədəflərinə döyüş atışları icra olunur

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə snayperlərin hazırlığı yoxlanılır.

Snayper qrupları böyük məsafələrə yürüş, əlverişli mövqelərin tutulması, mövqelərin maskalanması, ərazi kəşfinin aparılması, yanlış snayper mövqelərinin qurulması, müxtəlif məsafələrdəki hədəflərə fərdi və qrup halında atışlar icra edirlər.

Ordunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri də davam edir. Çöl məşqləri zamanı heyətlərin bacarığı və uyarlığı yoxlanılır, gündüz və gecə vaxtı hərəkətdə olan şərti düşmən hədəflərinə döyüş atışları icra olunur.
Bundan əlavə, şəxsi heyət döyüş maşınlarının idarə olunması üzrə praktiki təlim tapşırıqlarını icra edir.