Koronavirusun mənbəyindəki karantin bitdi - 76 gün sonra

08 Aprel, 2020 10:40 | Siyasət | Baxış sayı: 136
Uhan
Uhan

Uhanda restoranlar, alış-veriş mərkəzləri işə başlayıb

Dünyanı cənginə alan, bütün güclü ölkələrin iqtisadiyyatını iflic vəziyyətinə salan koronavirusun mənbəyində həyət normala qayıdır. CNNTürk-ün məlumatına görə, virusun yayaıldığı Çinin Uhan şəhərindəki  76 günlük karantin bitib. 

Artıq 11 milyon insanın yaşadığı Uhandan icazəsiz çıxa bilməyin mümkün olduğu açıqlanıb. Lakin məhdudiyyətlər hələlik tam aradan qaldırılmayıb. Belə ki, məktəblər açılmayıb. Təhsil müəssisələri ilə bağlı qərarın bir müddət sonra veriləcəyi açıqlanıb.

Karantin tədbirləri bitdiyi üçün böyük iş, alış-veriş mərkəzləri, restoranlar yenidən işə başlayıblar. Metro və şəhərlərarası qatarlar  yenidən açılıb. 

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. Dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb, yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur.

Pandemiya ilə əlaqədar dünyanın bir çox ölkələri sərhədlərini bağlayıb.