Türkiyəni Rusiyadan ayıran 6 milyonluq Krım problemi

08 Mart, 2019 15:37 | Siyasət | Baxış sayı: 171
Krım yarımadası
Krım yarımadası

Ankara heç zaman Krımı Rusiyanın tərkib hissəsi saymayacaq

Türkiyə hakimiyyəti heç zaman Krımı Rusiyanın tərkib hissəsi saymayacaq.

İstiPress “Utro”ya istinadən bildirir ki, bu barədə Türkiyənin Ukraynadakı səfiri Əhməd Yağmur Güldərə bildirib.

O, həmçinin qeyd edib ki, Ankara Rusiya işğalından sonra yarımadanı tərk edərək Ukraynanın Xerson vilayətinə mühacirət etmiş krım-tatarlarına da yardım etməyi qərara alıb.

Rusiya Krımı 2014-cü ilin əvvəlində ilhaq edib. Həmin vaxt yarımadada 2 milyon 280 min adam yaşayıb və bunun 230 mini krım tatarı olub, adada 45 min Kazan tatarı da yaşayıb. İlhaqdan sonra 2 minə yaxın Krım tatarı Ukraynanın  Xerson vilayətinə köçüb.

Ümumiyətlə, 18-ci əsrdə Rusiya Krımı işğal edəndə  yarımadada 500 min Krım tatarı yaşayırdı. İşğaldan sonra həmin krım tatarlarının xeyli hissəsi Osmanlı imperiyasına mühacirət etdi, amma yarımadada qalanlar da old. 1900-cü ildə yarımadada 195 minə yaxın krım tatarı yaşayırdı ki, bu, Krımda yaşayan ruslardan çox idi, ruslar 120 il qabaq 180 min olublar.

Dünyada 6 milyona yaxın krım tatarı olduğu güman edilir. Onların çoxu Türkiyədə yaşayırlar.    

Krımın etnik xəritəsi - yaşıl zona tatar, çəhrayı zona ukraynalı, qəhvəyi zona belorus, açıq sarı rus zonalarıdır
Krımın etnik xəritəsi - yaşıl zona tatar, çəhrayı zona ukraynalı, qəhvəyi zona belorus, açıq sarı rus zonalarıdır