Prokurorluq Kərimovanın intihar etməsi xəbərini təkzib edir

08 Mart, 2019 10:58 | Siyasət | Baxış sayı: 107
İntihar edən qadın - TƏSVİR
İntihar edən qadın - TƏSVİR

"Heç bir intihar və hətta intihar cəhdi olmayıb"

Özbəkistan Baş Prokurorluğu Özbəkistanın ilk prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın intihar etməsi barədə sosial şəbəkələrdə cümə axşamı yayılan məlumatları təkzib edib.

İstiPress-in məlumatına görə, Özbəkistan Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumatda deyilir: "Heç bir intihar və hətta intihar cəhdi olmayıb. Hazırda Gülnarə Karimova müəyyən edilmiş qaydada  cəzasını çəkməkdədir".

Qeyd edək ki, Özbəkistanın eks-prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova 3 gün öncə saxlanılaraq koloniyaya yerləşdirilib. Bildirilir ki, 2017-ci il dekabrın 18-də haqqında Daşkənd məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum etmə qərarı verilən Kərimova internetdən istifadə etməklə, eləcə də dəymiş zərəri dövlətə ödəməkdən imtina etməklə məhkəmənin onun qarşısında qoyduğu öhdəlikləri sistematik olaraq pozub və bu səbəbdən koloniyaya yerləşdirilib.

Xatırladaq ki, 2013-cü ilin oktyabrında Özbəkistanda Gülnarə Kərimovaya qarşı 2001-2013-cü illərdə cinayətkar qruplaşmanın tərkibində xərac toplama və vergidən yayınma ittihamları üzrə cinayət işi açılmış, 2015-ci ilin avqustunda məhkəmə onun haqqında 5 illik azadlıqdan məhrumetmə hökmü çıxarmışdı. 2017-ci ildə isə Özbəkistan Prokurorluğu Kərimovaya qarşı bir sıra ittihamlar üzrə istintaqın davam etdiyini bildirərək onun haqqında həbs qətiimkan tədbiri seçmişdi. Hər iki cinayət ittihamı üzrə dəyən zərərin məbləği 2 milyard dollar göstərilib. Qruplaşmanın 12 ölkədə, o cümlədən Rusiyada 1,5 milyard dollar məbləğində səhmlərinə həbs qoyulub.