ABŞ Kərimovanı 865 milyon dollar rüşvət almaqda günahlandırır

08 Mart, 2019 10:18 | Siyasət | Baxış sayı: 64
Gülnarə Kərimova
Gülnarə Kərimova

Eks-prezidentin qızına qarşı çirkli pulların yuyulması iddiası da var

Özbəkistanın sabiq prezidentinin qızı Gülnarə Kərimova və “Uzdunrobita” şirkətinin keçmiş baş direktoru Behzad Ahmedov ABŞ-da çirkli pullar yumaq və 865 milyon dollar həcmində külli-miqdarda rüşvət almaqda ittiham olunurlar. 

İstiPress "ren.tv"yə istinadən bildirir ki , bu barədə Nyu-York prokurorluğu məlumat yayıb. 

Məlumatda bildirilir ki, eks-prezidentin qızına qarşı cinayət işi açılıb. 

Prokurorluq qeyd edir ki, baş verən bu hadisə xarici korrupsiya praktikası ilə bağlı qanun tarixində baş verən ən böyük rüşvət halıdır.