İki prezidentin görüşündə qar əngəli VİDEO

08 Fevral, 2020 09:29 | Siyasət | Baxış sayı: 189
Putin və Lukaşenko
Putin və Lukaşenko

Putin və Lukaşenko görüşə qaz və ya neftdən yox, "kaşa"dan başladılar

Ötən gün Soçidə Rusiya və Belarus prezidentləri arasında görüş baş tutub. Vladimir Putin və Aleksandr Lukaşenko görüşü maraqlı məqamlarla yadda qalıb. Belə ki, liderlərin görüşündə qar maneəsi yaşanıb. Soçidə Lukaşenkonu Putin özü qarşılayıb. Bu zaman əhvalları yüksək olan prezidentlər zarafat da ediblər. 

"Bəxtiniz gətirir. Həm xeyli qarınız var, həm də qış. Mənim yaşadığım yerdə isə demək olar ki qar qalmayıb. Burada - aşağıda da xeyli qar var", deyə Lukaşenko bildirib. Buna cavab olaraq isə Putin yaxınlıqdakı dağları göstərərək "orada lap çoxdur" deyib.

Belarus lideri görüşə rəsmi geyimdə gəlib. Lakin iki lider səhər yeməyi üçün süfrə arxasına keçən zaman o da həmkarı kimi qalstukunu çıxarıb. Jurnalistlər prezidentləri süfrə arxasında görüntüləyiblər. Onlarmətbuat nümayəndələrinin əhatəsində daha ciddi məsələləri müzakirə etməsələr də, susmayıblarda. Putin həmkarından səhər yeməyi edib-etmədiyini soruşub. Sonra isə "kaşa"nın dadlı olduğunu deyib. 

Lukaşenko görüşün keçirildiyi məkana zamanında gəlsə də, nümayəndə heyətlərini daşıyan təyyarəyə qar vaxtında eniş etməyə imkan verməyib. Kremlin hava gəmisi əvvəlcə Moskvadan havaya qalxa bilməyiv, sonra isə havaya görə enişdə problem yaranıb. Nəticədə pilot başqa hava limanına eniş etmək haqqında qərar verib.

Nəticədə iki liderin qeyri-rəsmi formatda görüşü uzanıb. Hətta onlar hokkey oynamağa vaxt da tapıblar.