Çavuşoğlu İlham Əliyevdən aldığı ordendən yazdı

08 Fevral, 2020 11:38 | Siyasət | Baxış sayı: 34
Mövlud Çavuşoğlu Bakıda orden aldı
Mövlud Çavuşoğlu Bakıda orden aldı

"Şərəf və qürur duydum"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib. O paylaşımında belə yazıb.  

“Hörmətli Prezident İlham Əliyevin əlindən dostluq ordenini almaqdan şərəf və qürur duydum”. 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib.