Tramp xalqa müraciət edəcək - kanallar narazıdır

08 Yanvar, 2019 09:31 | Siyasət | Baxış sayı: 36
Donald Tramp - ABŞ prezidenti
Donald Tramp - ABŞ prezidenti

Onlar milyon dollarlıq reklam vaxtlarını bölmək istəmirlər

ABŞ prezidenti Donald Tramp bu gün xalqa müraciətlə çıxış etmək niyyətindədir. Müraciət isə ölkənin cənub sərhədlərində Meksika ilə divarın tikintisi, razılaşdırılmayan büdcə, federal hökumətin fəaliyyətini dayandırması haqqında məsələlərə həsr ediləcək. Bu barədə amerikalı lider özü "Twitter" blogunda yazıb. 

"Sizə milli təhlükəsizliyə təhdid və sərhəddimizdəki humanitar böhran barədə müracət edəcəyimi xəbər verməkdən şadam. Çərşənbə axşamı saat 21:00".

Ancaq ABŞ liderinin bu müraciəti telekanalların elə də ürəyincə olmayıb. Artıq ABC, NBC, CBS və "Fox" kimi məşhur kanallar Ağ evdən canlı yayımla bağlı müraciət aldıqlarını təsdiqləyiblər. Amma hələlik onlar prezidentə efir verməklə bağlı addım atıb-atmamaq məsələsində qərarsızdırlar. 

Pik saatlarda efirin bölünməsi bu zaman üçün milyon dollarla reklam pulu alan kanallara çox baha başa gəlir. 

Hələlik 3 kanalın Trampın müraciətini yayımlamağa razı olduğu bildirilib.