Keçmiş azərbaycanlı nazirin Latviyada oteli üzə çıxdı FOTO

08 Yanvar, 2019 08:50 | Siyasət | Baxış sayı: 253
"Annabella Hotel"
"Annabella Hotel"

Hüseynqulu Bağırovun ailə üzvlərinin Riqada 3 ulduzlu otelində qiymətlər 33 avrodan başlayır

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinin Latviyadakı şirkətləri barədə məlumat verilmişdi. Latviyanın hökumət mənbələrində yer alan məlumatlara əsasən Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov, qızı Sevinc Bağırova, bacısı Duriya Nuriyeva, bibisi qızı Aliyə Nuriyeva, digər qohumu Liana Bağırova bu ölkədə ən iri azərbaycanlı investorlar statusundadır. Onların adına iki şirkət qeydiyyatdan keçib-“Stamina Hospitality Services”  və “NORDİC STAMİNA”.

Bu şirkətlərdən birincisi otel, sauna və digər qonaq evlərinin işlətməçiliyi, digəri isə özünə məxsus olan və ya kirayə götürülmüş daşınmaz əmlakın icarəyə verilməsi ilə məşğuldur.

İstiPress-in "virtualaz.org"a istinadla verdiyi məlumata görə, (internet mənbələrindən müəyyən edilib) Hüseynqulu Bağırovun ailə üzvləri Liana, Sevinc və Lətif Bağırovların, eləcə də bacısı Duriyyə Nuriyevanın təsisçisi olduqları -“Stamina Hospitality Services”  şirkəti Riqada 3 ulduzlu və ailəvi “Annabella Hotel” otelini alıb. Bu oteldə qiymətlər 33 avrodan başlayır.

“Annabella Hotel” Riqanın mərkəzindən-şəhərin tarixi hissəsindən cəmi 7 km. məsafədə yerləşir (Caunes 15, Riga), Riqa aeroportundan isə 20 km. məsafədədir. Otelin 21 otağı var.

Otel
Otel

Ümumiyyətlə, şirkətlərin profili göstərir ki, Bağırovlar ailəsi Latviyada əsasən daşınmaz əmlaka yatırım edib və onların mülkiyyətində mənzillər, villalar, apartamentlər və digər otellər də ola bilər.

Otellər almaq və digər kommersiya daşınmaz əmlaka yatırım qoymaq digər azərbaycanlı oliqarxlar kimi Hüseynqulu Bağırovun da üstünlük verdiyi yatırım sahəsidir. Bundan əvvəl bloqqer Cavanşir Həsənli keçmiş nazirin Avropadakı otellərini və digər daşınmaz əmlaklarını tapıb üzə çıxarmışdı.