Ərdoğan Trampın adamını "yox" dedi

08 Yanvar, 2019 15:40 | Siyasət | Baxış sayı: 91
Con Bolton
Con Bolton

Sözləri ilə prezidenti hiddətləndirən Bolton Türkiyəni tərk etdi

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Türkiyə səfərini yekunlaşdıraraq ölkəsinə geri dönüb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Donald Trampın müşavirinin səfəri nəzərdə tutulandan qısa davam edib. Onun prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək tələbi rədd edilib. 

Ərdoğan isə Boltonun İsrail səfərində səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

“Boltonun verdiyi mesajı bizim qəbul etməyimiz, udmağımız mümkün deyil. Bunlar bu ölkədə mənim kürd vətəndaşım kimdir, YPG PKK kimdir, tanımırlar. PKK-YPG-PYD mənim kürd qardaşlarımın təmsilçisi ola bilməz. Əgər ABŞ  bunları kürd qardaşlarımız kimi görürsə böyük yanlışlığa yol verir.

Biz bu terror qruplaşması üzvlərinin istər kürd, istər ərəb, istərsə də türk vətəndaşlarımızın içərisindən çıxmasına baxmayaraq lazım olanı edərik. Terrorçular kürddür, onlara toxunmayaq - belə şey olmayacaq. Terrorçudursa, nə lazımdırsa, ediləcək. Bolton çox ciddi bir səhv etmişdir. Suriyadakı terror koridoru daxilində yer alanlar lazımı dərsi alacaqdır”, - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Con Bolton ABŞ ordusunun Suriyadan çıxarılması üçün kürdlərin təhlükəsizliyinə dair Ankaradan zəmanət istənilməsi ilə fikirlər səsləndirib.