Bakının 4 rayonunun polis rəisi işdən çıxarıldı - SİYAHI

08 Yanvar, 2019 16:57 | Siyasət | Baxış sayı: 435
Ramil Usubov
Ramil Usubov

General-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb

Bakının 4 rayonunun polis rəisi işdən çıxarılıb.

IstiPress-in məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən Binəqdi Rayon Poli İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad ediliblər.