Rus KİV-i: Qarabağ 3 min ildir Azərbaycana məxsusdur

08 Yanvar, 2018 15:15 | Siyasət | Baxış sayı: 1285
Şuşa - işğaldan 25 il sonra
Şuşa - işğaldan 25 il sonra

Azərbaycan tarixinin üzərindən sirr pərdəsi götürülməyə başlayır

Rusiyanın “Vestnik Kafvkaza” portalı Dağlıq Qarabağın ermənilər tərəfindən dəyişdirilmiş adı “Arsax”ın əslində qədim türk sözü olduğu vurğulanır.

İstiPress-in məlumatına görə, “Arsax sözünün etimologiyası” adldı məqalədə sözün kökündə iki türk söznünün – “Ər” və “sax” sözlərinin dayandığı vurğulanır.

Əslində bu versiya hələ qədimdən var - bölgənin iki hissədən Art (dağlıq) və Bala (düzənlik) Sak hissələrindən ibarət olduğunu hətta sovet illərində söyləyən tarixçilər var idi. Həmin tarixçilər Beyləqanın qədim adı Balasakanı da bu cür izah edirdilər. Bu versiyaya görə, “bala” sözü müasir anlamda kiçik mənasını, “art” sözünü isə yüksəklik mənasını verməsi ilə dağlıq və aran Qarabağının qədim adı bu cür izah edilir. 

Həmin versiyanın qatı tərəfdarlarından biri olan mərhum tarixçi Qiyasəddin Qeybullayev Şimali Azərbaycanın qədim adı Albaniyanı da saklarla bağlayır. Onun versiyasına görə, eradan əvvəl 4-cü əsrdən Şimali Azərbaycanda hakimiyyəti ələ almış albanlar sakların bir qolu olan türk tayfası idi.

Əslində, Qiyasəddin Qeybullayev tarix elmində yüz il əvvəl hakimi olan, amma İkinci Dünya mharibəsindən sonra qadağan edilmiş sak nəzəriyyəsini müdafiə edirdi. İkinci Dünya mharibəsindən əvvəl dünyanın bütün alimləri  sakları türk kimi qəbul edirdilər və bu, hind siyasətçi Cəvahirləl Nehrunun 1930-cu illərdə qızı İndira Qandiyə yazdığı məktublarda da özünü göstərir. Nehru eradan əvvəl 2-ci əsrdə sak türklərinin Hindistanın Racastan bölgəsini ələ keçirdiyini bildirirdi. O, Hindistanın gözəl üzlü, ağbəniz racputlarının türk əsilli olduğunu vurğulayırdı. Söhbət Orta Asiyada yaşayan üç sak soyunun - qorların, sorların və firənglərin (pirank) İranı və Hindistanın şimalını işğal etməsindən gedir. Azərbaycanın məşhur hökmdarı Cavanşirin məxsus olduğu firəng soyu İranda siyasi hakimiyyəti, qor və sor soyları isə hərbi hakimiyyəti nəzarətə götürmüşdülər və tarixdə buna Arşakilər (Əşkanilər) dövrü deyirlər. Rəsmi İran tarixində Arşakilər dövrü türk işğalı kimi təqdim edilir, yalnız Sasanilər İran sülaləsi sayılır. Halbuki, Arşakilər İranı yunan Selevkilərin işğalından azad etmişdi, amma rəsmi İran tarixi bu barədə hələ də susmaqda davam edir. 

Sakların yayıldığı areal - eradan əvvəl 2-ci əsr
Sakların yayıldığı areal - eradan əvvəl 2-ci əsr

İkinci Düyna müharibəsini qələbə ilə başa çatdıran İosif Stalin özünü osetin mənşəli saydığından osetinlərin babaları alanlara qarşı soyqırım həyata keçirmiş sakları tarixdən silmək qərarına gəldi. Onun əmri ilə osetincə "saka" sözünün maral mənasında işlədilməsi əsas götürülərək sakları osetinlərin babası olduğunu iddia etməyə, yəni sakların türk yox, irandilli olduğu iddia edilməyə başlandı. Sibirdə yaşayan türk mənşəli saxaların adı məcburi dəyişdirilərək yakut kimi təqdim edildi. Bu işdə osetin alim Abayevlə yanaşı, azərbaycanlı İqrar Əliyev və tacik Qafurov xüsusilə fəallıq göstərdi. Bu "alimlər" heç bir mənbə göstərmədən öz yalanlarını bir-birlərinə istinadən tirajladılar.  Amma buna paralel olaraq mənbələri - məsələn, Heredotun "Tarix" əsərini, Qriqori Turskinin "Frankların tarixi" əsərini istifadə etməyi qadağan etdilər və onları qeyri-səhih saydılar.

Bunun da səbəbi vardı - Heredot yazırdı ki, eradan əvvəl 8-ci əsrdə saklar və kimmerlər Şimal Qafqazdan keçərək  Azərbaycana, Ermənistana və Andoluya (Ankara ətrafına) yerləşdilər. Bu, azərbaycanlıların və Anadolu türklərinin regionda 3 min ildir ki, yaşaması demək idi ki, Stalin və onun göstərişi ilə işləyən alimlər, xüsusilə də erməni alimlər bu faktlarla razılaşa bilmirdilər.  Heredot ermənilərin babaları olan friqlərin həmin dövrdə Balkan yarımadasında yaşadığını bildirirdi. Qriqori Turskinin "Frankların tarixi" əsəri isə paniranist alimlərin qəzəbinə Troya məsələsinə görə tuş gəlmişdi. Turski öz əsərində göstərirdi ki, saklar və kimmerlər əslində Troya müharibəsindən xilas olmuş 12 min troyalının törəmələridirlər. Parisin atası Priamın rəhbərliyi ilə gəmilərlə Dunay çayına qədər gələn troyalılar indiki Budapeşt ərazisində Sak-Kimmer şəhərinin əsasını qoyublar. Həmin əsərdə Atilla dövrünə qədər bəhs edilir, frankların, həmçinin sakların və kimmerlərin, türklərin və hunların troyalıların törəməsi olduğu vurğulanır.

Bu əsərlər Azərbaycanın ən qədim şəhəri - eradan əvvəl 179-cu ildə saklar tərəfindən salınmış Şəki şəhərinin də banisinin azərbaycanlılar olduğunu da ortaya çıxarır. Şəki ətrafında bir çox yer adlarının saxa (yakut) dilində izah edilməsi bu qənaəti artırır, məsələn, saxa dilində Marxal (sağ ol), Bum (dağ keçidi), alban (şöhrətli) kimi tərcümə edilir. 

Kimmerlər və saklar eradan əvvəl 9-7-ci əsrlərdə - xəritədə ermənilər yoxdur
Kimmerlər və saklar eradan əvvəl 9-7-ci əsrlərdə - xəritədə ermənilər yoxdur

Son dövrlərdə əldə edilmiş bir sıra arxeoloji tapıntılar artıq elmdəki paniranizm ağalığının və ermənilərin əsassız iddialarının sonunu gətirməyə imkan verir. 2015-ci ildə erməni arxeoloqlar kimmerlərin qədim yurdu sayılan Gümrü şəhəri yaxınlığında bir mağarada 3-5 min il əvvələ aid qədim yaşayış məskəni aşkarladılar. Mağarada at əti yeyən və canavarı totem sayan insanların yaşadığı aydın oldu. Bu, ingilis dilli resurslarda kimmerlərin irandilli köçərilər kimi təqdim edilməsini dayandırdı. Amma rusdilli resurslar hələ də Stalin dövründə uydurulmuş hipotezanı müdafiə etməkdə davam edirlər.

Əslində, bu addımı ingilislərdən əvvəl Azərbaycan elmi atmalı idi. Azərbaycan tarixçiləri sovet dövründə uydurulmuş tarix kitablarında yazılmış "irandilli" sözlərini "türkdilli"yə çevirməklə təkrar saxtalaşma aparmaq əvəzinə, mənbələrə əsaslanan gerçək tarix yazmaladırlar. Bu, tarixi ərazilərimizə əsassız iddiaları dayandırmaqla yanaşı, özümüzdə də Vətənimizə olan inamı qat-qat möhkəmləndirər. 

Çingiz Rüstəmov