Kadırov Kərbəla adı ilə Goranboya gətirilən 104 yaşlı nənəyə sahib çıxdı

08 Yanvar, 2018 10:35 | Siyasət | Baxış sayı: 335
Ramzan Kadırov - Çeçenistanın prezidenti
Ramzan Kadırov - Çeçenistanın prezidenti

Bu gün Mədinə Əliyevanın məsələsi həll edilməlidir

Çeçenistanın rəhbəri Ramzan Kadırov Yeni il ərəfəsində Kərbəla adı ilə aldadılaraq Azərbaycanın Goranboy rayonuna aparılan 104 yaşlı Mədinə Əliyeva ailə bağlı hərəkətə keçdi. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Kadırov çeçen əsilli olduğunu idda edən qadını ölkəsinə aparmaq niyyətindədir.

Məlumatına görə, 104 yaşı olan Mədinə Əliyevanı Goranboy rayon Polis İdarəsinin əməkdaşları küçədə soyuqdan donmuş halda tapıblar. 1 əsrdən çox yaşamış qadına Goranboyda  ilkin tibbi yardım göstərilib, isti paltar, yemək verilib. Yanvarın 1-də isə onu Bakıya - “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına göndəriblər.

"Mən dərhal yazılanları araşdırmaq barədə tapşırıq verdim. Qadın heç bir qohumu olmadığını, Xasavyurt rayonunda Osmanyurt kəndində yaşadığını deyib". 

Lakin Kadırov adıçəkilən kənd admnistrasiyasında qadın barədə heç bir məlumat olmadığını da bildirib. Amma yaşlı qadının əlində bu kənddən olması barədə arayış var. 

"Rəsmi məlumata görə, Mədinə Əliyeva Çeçenistanda heç vaxt sənəd almayıb, heç yerdə qeydiyyatda deyil. Ola bilər ki, yaşının çox olması ilə bağlı nəyisə səhv edir". 

Çeçen liderin tapşırığı ilə onun nümayəndələri yaşlı qadını Bakıda yerləşdirildiyi sığınacaqda ziyarət edib, ona lazım olan ərzaq məhsullarını alıblar. "Bazar ertəsi Azərbaycan və Rusiya səfirliklərinin köməyi ilə Əliyevanın məsələsi həll ediləcək. Əsas odur ki, qadının təcili köməyə ehtiyacı var. Onun haradan olduğu əsas deyil".