Ermənilər Şuşanın Azərbaycanın nəzarətinə keçməsi barədə video paylaşdı

08 Yanvar, 2018 13:40 | Siyasət | Baxış sayı: 1695
Xankəndində parad - ermənilər Şuşanın işğalını bayram edir
Xankəndində parad - ermənilər Şuşanın işğalını bayram edir

“Yanvarın 4-də Qafqaz türkləri qədim erməni şəhəri Şuşada soyqırım törətdilər”

Erməni rejissor Artak Zakaryan Şuşanın Azərbaycanın nəzarətinə keçməsinin 100 illiyi barədə video paylaşıb.

İstiPress-in məlumatına görə, faşist təfəkkürlü erməni rejissor öz video materialında iddia edib ki, 1918-c il yanvarın 4-ə kimi Şuşa ermənilərin nəzarətində imiş, yalnız həmin gün Qafqaz türkləri şəhəri işğal ediblər.        

“Təxminən yüz il əvvəl Qafqaz türkləri qədim erməni şəhəri olan Şuşada soyqırım törətdilər. Qatillər köklü əhalini məhv edib şəhərdə məskunlaşdılar. Daha sonra bolşeviklər süni olaraq xalq yaradıb onları azərbaycanlılar adlandırdılar. Tarixi Ermənistan torpaqları isə köçərilərə verildi. Şükr allaha, cəsur erməni qoşunları sayəsində bu ərazilərin bir hissəsi 1992-1994-cü illərdə azad edildi”.

Artak Zaxaryanın videosu

Artak Zakaryan Ermənistanın tarixi barədə ciddi məlumatları olmayan diaspora ermənilərinə ünvanladığı bu sözlərlə əslində erməni tarixçilərin belə mübahisəsiz qəbul etdiyi real tarixi saxtalaşdırır, bununla da diaspora ermənilərini Qarabağın işğal altında saxlanmasının doğru olduğuna inandırmağa çalışır.

Real tarixə görə isə Şuşa şəhəri azərbaycanlı dövlət xadim Pənah xan Cavanşır tərəfindən 1751-ci ildə salınıb. Bu tarixi qəbul edən əksər erməni tarixçiləri iddia edirlər ki, qalanın tikintisində əsasən ermənilər işləyiblər ki, bu da real deyil. Şuşa şəhəri 1755-1823-cü illərdə Qarabağ xanlığının paytaxtı olub. Şuşaya, o cümlədən Qarabağın əksər ərazilərinə ermənilər 1828-ci ildən sonra ruslar tərəfindən İrandan köçürülüblər. Artak Zaxaryan Şuşa erməni məhəlləsində baş vermiş üsyan barədə də dəqiq məlumat vermir  - həmin üsyan 1918-ci il 6 senyabrda Qarabağ qubenatoru Xosrov bəy Sultanov tərəfindən yatırılıb. Ermənilərin 1919-cu ildə Əsgəranda qaldırdığı üsyan isə Azərbaycan ordusunun komandanı general Həbib bəy Səlimov tərəfindən 1919-cü ildə yatırılıb.  

Şuşa 1992-ci il mayın 9-da Ermənistan ordusu tərəfindən oşğal edilib. 

Şuşa - işğaldan 25 il sonra
Şuşa - işğaldan 25 il sonra
Şuşa - işğaldan 25 il sonra
Şuşa - işğaldan 25 il sonra
Şuşa - işğaldan 25 il sonra
Şuşa - işğaldan 25 il sonra