Avropalı lider müsəlmanları hiddətləndirdi

08 Yanvar, 2018 09:22 | Siyasət | Baxış sayı: 129
Afrika ölkələrindən olan miqrantlar
Afrika ölkələrindən olan miqrantlar

"Biz onları müsəlman işğalçıları hesab edirik"

"Biz bu insanları qaçqın deyil, müsəlman işğalçıları hesab edirik".  İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bunu Macarıstan baş naziri Viktor Orban deyib. O, Avropaya gələn miqrantları "müsəlman işğalçıları" adlandırıb. Nazir ölkəsinin qaçqınları qəbul etmək niyyətində olmadığını da bildirib. 

Macar nazirin fikrincə, müsəlman əhalinin axını dövlət daxilində "paralel icmaların" meydana gəlməsinə səbəb ola bilər.

Orban qabaqcıl avropa ölkələrinin liderlərindən Macarıstana hörmətlə yanaşmağı da tələb edib. Onun sözlərinə görə, Avropa ittifaqının çox ölkələri macar hakimiyyətini Aİ-nin Birlik Fondundan vəsait almaqda, buna baxmayaraq qaçqınları qəbul etməkdən imtina etdiyi üçün qınayır. O, qeyd edib ki, ayrılan vəsaitin qaçqın qəbulu ilə bağlı heç bir əlaqəsi yoxdur.

Ötən ilin sonunda Avropa Komissiyası miqrantların köçürülməsi proqramı çərçivəsində qaçqınları qəbul etməkdən imtina etdiklərinə görə Macarıstan, Polşa və Çexiyanı məhkəməyə verib.