Moskva Azərbaycanla müharibədə İrəvana kömək etməyəcək

08 Yanvar, 2017 19:52 | Siyasət | Baxış sayı: 793
Ermənistan ordusu
Ermənistan ordusu

Moskva heç zaman Azərbaycanla müharibədə İrəvana kömək etməyəcək.

İstiPress-in məlumatına görə,  bu barədə Praqada yerləşən "Radio Svoboda"nın siyasi şərhçisi Vadim Dubnov Ermənistanın Birinci İnformasiya kanalına müsahibəsi zamanı bildirib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri vəzifəsinə rotasiya prinsipi ilə Ermənistanın nümayəndəsinin təyin edilməməsini şərh  edən Vadim Dubnov söyləyib:

“Moskvanın bu vəzifəyə erməni hərbçisini təyin etməməsinin səbəbi aydın idi, çünki o, nəsə edə bilərdi. Bəzi konspiroloqlar hətta ehtimal edirlər ki, məsələylə bağlı Lukaşenko ilə müəyyən anlaşma olub və oyun oynanıb ki, erməni hərbçinin bu vəzifəyə təyini baş tutmasın”.

Ermənistan nümayəndəsinin rotasiya yolu ilə KTMT-yə rəhbər təyin edilməsinə çalışırdı və bu, 26 dekabrda Sankt-Peterburqda KTMT-nin samitində baş tutmalı idi. Lakin Belarus lideri Aleksandr Lukaşenkonun sammitə gəlməməsi ilə məsələ həll olunmadı. 31 dekabr 2016-cı il tarixində KTMT baş katibi Nikolay Bordyucanın səlahiyyət müddəti başa çatdığına görə vəzifəninin icrası 2017-ci il yanvarın 1-dən KTMT baş katibinin müavini  V Semernikova həvalə edildi.  Bununla da məsələ arxivə gömüldü.

“Bu məsələdə, İrəvanın görə biləcəyi tək iş gərəksiz illüziyalar qurmamaq və bunu əhaliyə yetərincə adekvat şəkildə izah etmək ola bilər”,- deyə Vadim Dubnov vurğulayıb.