Ermənistan müxalifətinin Qarabağ planı erməniləri şoka saldı

07 Dekabr, 2020 11:39 | Siyasət | Baxış sayı: 254
Vazgen Manukyan
Vazgen Manukyan

Baş nazir Nikol Paşinyanı hakimiyyətdən salmaq üçün koalisiya qurmuş Ermənistan müxalifətinin yeni lideri Vazgen Manukyanın dünənki mitinqdə Qarabağı yadına salmaması bir sıra erməni analitikləri heyrətləndirib.

İstiPress-in məlumatına görə, əslən Qarabağdan olan, Xankəndidə anadan olmuş və İrəvanda yaşayan erməni analitik Naira Ayrumyan bu çıxışa məsələyə "Lragir" analitika portalında xüsusi məqalə həsr edib.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış atəşkəs sazişindən sonra Nikol Paşinyanı intihar etməyə çağıran Naira Ayrumyan Vazgen Manukyanın dünənki çıxışında bir kəlmə də Qarabağdakı işğalçı rejimin gələcək taleyinə,   onun Ermənistana birləşdirilməsinə (miatsum - red.) və ya rəsmi İrəvan tərəfindən tanınması məsələlərinə toxunmamasını sərt tənqid edib.  "Manukyan və digər natiqlərin çıxışlarında, hətta "miatsum"dan da bəhs edilmədi. 27 sentyabr - 9 noyabr aralığında və 1 dekabr 2020-dən əvvəl baş verənlərə siyasi qiymət verilmədi... Manukyan 9 noyabrdakı razılaşmanın bizə uyğun olmadığını, ancaq yerinə yetirilməli olduğumuzu söylədi. Həm də qeyd etdi ki, Türkiyə Ermənistan üçün Rusiyaya alternativ olan yeganə alternativdir",- deyə Naira Ayrumyan çaşqınlıqla qeyd edib.

Erməni analitikləri çaşdıəran odur ki, daha öncə Manukyan Fransa parlamentinin hər iki palatasının 1994-cü il sərhədləri daxilində işğalçı rejimin  müstəqilliyini tanımağı tövsiyyə edən qətnaməsinə əsaslanaraq, Fransanın foermalaşdırdığı anti-türk koalisiyaya qoşulacağını  bildirmişdi. Dünən isə tam əksini bəyan etdi və hətta Türkiyənin Rusiyanı əvəz edə biləcək potensial tərəfdaş ola biləcəyini də vurğuladı. 

Nə baş verir? Vaxtı ilə Qarabağ hərəkatının liderlərindən olmuş və Azərbaycanla müharibə illərində Ermənistan baş  naziri kürsüsünü tutmuş Vazgen Manukyanı fikrini dəyişməyə kim vadar etdi? Böyük ehtimalla buna səbəb sabiq şefi Levon Ter-Petrosyanın dərc olunmuş son məktubu olub. Birinci Qarabağ müharibəsini udmuş və "bərabər dövlət" ideyası ilə Azərbaycan üzərində diplomatik qələbəyə yaxın olmuş çox təhlükəli  birinci Ermənistan prezidenti öz məktubunda sabiq məmurunu qanmazlıqda günahlandırıb:

"Vazgen Manukyanın diqqətsiz şəkildə ifadə etdiyi və Ermənistan üçün dağıdıcı nəticələrə gətirib çıxara biləcək təhlükəli düşüncəsinə istinad etməyə bilmərəm: “Türkiyəyə qarşı böyük bir qüvvə toplanacaq, dünya Türkiyəni bu hərəkətinə görə bağışlamayacaq. Türkiyəyə qarşı ittifaq yaradılsa, biz bu ittifaqda olacağıq"... Belə çıxır ki, Antanta ölkələrinin antitürk müttəfiqliyinə güvənərək, Atatürkçü Türkiyə ilə Rusiyanın yaxınlaşmasına qarşı çıxaraq yalnız Ermənistanı deyil, digər torpaqları da itirdiyimiz vəziyyətə qayıdırıq. Manukyan həqiqətənmi başa düşmür ki, Ermənistanın hələ qurulmamış hər hansı bir antitürk müttəfiqliyinə qoşulmağa hazır olduğunu ifadə edərkən, tamhüquqlu rus-türk qarşılıqlı anlaşma həqiqətinə qarşı çıxırıq və bu, təkcə Türkiyəyə deyil, dostumuz - Rusiyaya da meydan oxuduğumuzu göstərir?!"- deyə Levon Ter-Petrosyan xəbərdarlıq etmişdi.