Cəlilabad rayon İH başçısı tutuldu

07 Dekabr, 2020 12:57 | Siyasət | Baxış sayı: 201
Namiq Zeynalov
Namiq Zeynalov

 Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov saxlanılaraq Bakıya gətirilir. Hazırda İcra Hakimiyyətində əməliyyat davam etdirilir.

11:43

Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

IstiPress "sabah.az"a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.

Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.