Türkiyə ordusu dünyanın ən güclü orduları arasında - SİYAHI

07 Dekabr, 2018 16:43 | Siyasət | Baxış sayı: 241
Türkiyə ordusunun PKK-ya qarşı antiterror əməliyyatı
Türkiyə ordusunun PKK-ya qarşı antiterror əməliyyatı

Bu barədə “Business Insider” nəşri yazıb

Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu ən güclü ordusudur. Bu barədə “Business Insider” nəşri yazıb.

Məlumata əsasən, güclü orduların siyahısına ABŞ başçılıq edir.

İkinci yerdə Rusiya, üçüncü - Çin, dördüncü - Hindistan, beşinci - Fransa, altıncı - Britaniya, yeddinci - Şimali Koreya, səkkizinci yerdə isə Yaponiyadır.

Türkiyə SQ-dən sonra isə güclü ordulara Almaniya, İtaliya, Misir və İran sahibdir.

207 qırıcı təyyarə, 2446 tank, 194 gəmi və digər hərbi texnikalara malik Türkiyə ordusunun müdafiə büdcəsi 10,2 milyard dollar təşkil edir.