Paşinyan Qarabağda müharibədən qorxdu - "Azərbaycana imkan verməyin"

07 Dekabr, 2018 10:44 | Siyasət | Baxış sayı: 315
Ermənistanın ümid etdiyi KTMT qüvvələri
Ermənistanın ümid etdiyi KTMT qüvvələri

Erməni nazir KTMT-nin Azərbaycana müharibə etməyə imkan verməyəcinə ümid edir

Ermənistanda baş nazir vəzifələrini icra edən Paşinyan KTKM üzvi olan bəzi ölkələrlə tərəfdaşlıq münasbətlərindən şübhə etməyə başlayıb. “Biz dəqiq cavab almaq istəyirik. Heç kim bizi tərəfdaşlıq öhdəliklərimizi yerinə yetirməməkdə ittiham edə bilməz”, deyə o Sankt Peterburqda kilsədə erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.   

Onun sözlərinə görə, Ermənistan etibarlı tərəfdaşdır və eynisini hərbi blokdakı öz partnyorlarından da tələb edir. Erməni məmur KTMT-nin Azərbaycana Qarabağ münaqişəsini silah yolu ilə həll etməyə imkan verməyəcəyinə ümid etdiyini də etiraf edib. 

Ermənistanın baş inqilabçısı yenə yalan danışıb. Bu hərbi təşkilatın rəhbərliyi dəfələrlə bildirib ki, heç bir halda Dağlıq Qarabağ münaqişəsinə, burada baş verəcək hərbi əməliyyatlara müdaxilə etməyəcək.

“KTMT-nin baş katib məsələsi bizim üçün ikinci dərəcəlidir. Qoy Belarus nümayəndələri bu postda daimi olsunlar. Amma bir şərtlə - bizim qarşılıqlı öhdəliklərimiz uğurla icra edilsin”.

Paşinyanın bir istəyi var – KTMT Azərbaycana işğal edilən torpaqlarını azad etməyə imkan verməsin.

Paşinyan öz xalqını da “bir az daha səbr edin", “az qaldı” deməklə aldatmağa davam edir. Bu aydındır. Bir iki gündən sonra seçkidir və ölkənin əsas adamı olmağı çox istəyir.

Amma qəlbində yəqin ki, özü də anlayır ki, gec-tez oğurlanan hər şeyi qaytarmaq lazım gələcək. Hətta onun böyük “qurbanı”  – oğlunu Qarabağa göndərməsi də heç nə verməyəcək.