Sərxoş Şaxta babalara "yox"

07 Dekabr, 2017 11:40 | Siyasət | Baxış sayı: 69
Şaxta baba
Şaxta baba

Ermənilər saxta Şaxta baba ilə mübarizəyə başlamaq istəyir

İrvan rəhbərliyi Yeni il bayramında sərxoş şaxta babalarla mübarizə üçün yeni proqram hazırlayıb. İstiPress-in məlumatına görə, şəhər meriyası küçələrə çıxcaq yeni il personajlarını izləyəcəklər.

Meriyada deyirlər ki, bütün nağıl personajları öz obrazlarına uyğun olmalıdırlar. Ötən il sərxoş erməni Şaxta baba və qar qızlarının küçədən keçənlərlə söhbətlərinin davaya çevrilməsi ilə bağlı kifayət qədər çoz şikayət qeydə alınıb. Sən demə Yeni il qəhrəmanları evlərə - uşaqlara hədiyə vermək üçün gələndə belə sərxoş olduqları barədə şikayətlər gəlib. Uşaqları sevindirməli olan, amma ayaq üstündə dayan bilməyən "babaların" bəzilərini hətta mənzildən zorla çıxarmaq lazım olub.

İrəvan merinin sərxoşluqla mübarizə planının nə dərəcədə effektli olması isə yəqin ki, yeni il tədbirləri bitəndən sonra bilinəcək.