Bacı-qardaşı öldürən Bakı sakininə ömürlük həbs cəzası - FOTO

07 Dekabr, 2017 17:59 | Siyasət | Baxış sayı: 448
Öldürülən bacı və qardaş
Öldürülən bacı və qardaş

Ağır Cinayətlər Məhkəməsi işini başa çatdırdı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb və müttəhim ömürlük azadlıqdan məhrum edilib.

İstiPress-in məlumatına görə, o, Fəridə Qasımova adlı gənc qızı və onun 16 yaşlı qardaşını öldürməkdə günahlandırılırdı. 

Belə ki, bu il aprelin 2-də Keşlə qəsəbəsində Fəridə Qasımovanın meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.

Onun idarə etdiyi “BMW” markalı avtomobildə L. Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

 Azər Cəfərov - ömürlük həbs cəzası alan qatil
Azər Cəfərov - ömürlük həbs cəzası alan qatil