Azərbaycandan ABŞ-a Qüds cavabı

07 Dekabr, 2017 09:25 | Siyasət | Baxış sayı: 406
Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

"Qətnamələrə riayət etməyə çağırırıq"

"Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır".

Bunu noyabrın 6-da ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı KİV-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq".