Ərdoğan Azərbaycanın almaq istədiyi silaha baxacaq- FOTO

07 Dekabr, 2016 11:11 | Siyasət | Baxış sayı: 249
MPT-76 tüfəngi
MPT-76 tüfəngi

50-dən çox testi uğurla keçən dünyadakı tək silah MPT-76-nın ilk partiyası iki günə türk hərbçilərə veriləcək

Azərbaycanın da almaq istədiyi, türk mühəndislər tərəfindən hazırlanan "G-3 kimi təsirli, "Kalaşnikov" kimi etibarlı, "M-16" kimi praktik" adlandırılan Milli Piyada Tüfəngi MPT-76-nın ilk partiyası dekabrın 9-da keçirləcək mərasimlə Türk Silahlı Qüvvələrinə (TSK) təslim ediləcək.

İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, 413 hissədən ibarət olan MPT-76-lar "G-3" tüfəngini əvəz edəcək. 

Mərasimə silah embarqosu səbəbilə NATO ölkələrini tənqid edən prezident Rəcəb Tayyib Ərdoğanın da qatılması gözlənilir.

Milli piyada tüfənginin layihəsinin hazırlanması 2009-cu ildən 2014-cü ilə kimi davam edib. Tamamilə yerli qüvvələrin imkanları ilə istehsal edilən MPT-76 50-dən çox testi uğurla keçən dünyadakı tək silah olaraq Türkiyənin qüruru halına gəlib. Testlər üçün 1 milyon 100 min civarında mərmidən istifadə edilib. Tüfəng 4 kq 180 qram çəkidədir, 600 metr mənzilli və dəqiqədə 700 mərmi atım sayına malikdir. 

Adıçəkilən silahın ilk 20 min ədədi Maşın və Kimya Sənayesi Qurumu (MKEK) Kırıkkale Silah fabrikində istehsal edilib. 

Qeyd edək ki, Azərbaycanda hərbi arsenalını bu silahla zənginləşdirmək istəyir. MKEK silah fabrikinin istehsal rəisi Mehmet Demirel Tekirdağda bu ilin martında keçirilən  sərgidə bu barədə məlumat verib. "MPT-76-ya tələb çoxdur. Ən böyük tələb ABŞ-dandır. Bununla yanaşı Azərbaycan kimi ordusunu bu silahla təhciz etmək istəyən bir çox ölkə var. Bunlardan biri də Çilidir".