Tramp Ərdoğanla söhbəti ilə öyündü

07 Noyabr, 2019 10:35 | Siyasət | Baxış sayı: 68
Donald Tramp
Donald Tramp

"Çox yaxşı söhbət etdik"

Ötən gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefonda söhbət edən ABŞ lideri Donald Tramp danışıqlardan razı qalıb. Bu barədə o adəti üzrə "Twitter"də yazıb.  

Ağ ev sahibinin sözlərinə görə, dövlət başçıları arasında çox yaxşı danışıq olub və onlar qarşılıqlı münasibətlər, Suriyadakı vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə ediblər. 

"O mənə məlumat verdi ki, bir neçə İŞİD terrorçusunu ələ keçiriblər. O cümlədən Əl-Bağdadinin arvadını və bacısını". 

Xatırladaq ki, iki liderin görüşü noyabrın 13-də Vaşinqtonda baş tutacaq.