Qızıl Meydanda tarixi hərbi paradı keçirilib - VİDEO

07 Noyabr, 2019 17:58 | Siyasət | Baxış sayı: 128

Paradda 7 minə yaxın qonaq iştirak edib

Bu gün Moskvada Qızıl Meydanda tarixi hərbi paradı keçirilib.

İstiPress-in məlumatına görə, 1941-ci ildə baş vermiş tarixi hərbi paradın, yəni sovet qoşunlarının İkinci Dünya müharibəsində döyüş bölgələrinə getmədən əvvəl Kremlin önündəmn keçdiyi tarixi parad yenidən canlandırılıb. 

Paradda qoşun birləşmələri, fəxri qarovul, əsgərlər, hərbi məktəblərin kursantları yürüş edib. Yürüşdə 10-a yaxın tarixi hərbi texnika, o cümlədən "Katyuşa" raketatanları, artilleriya silahları və s. iştirak edib. Paradda 7 minə yaxın qonaq, o cümlədən 1200 Böyük Vətən Müharibəsi veteranı iştirak edib.