Qarabağ separatçıları ilə bağlı suvenir avronun buraxılmasının qarşısı alınıb

07 Noyabr, 2019 15:57 | Siyasət | Baxış sayı: 102
Berlin - Almaniyanın paytaxtı
Berlin - Almaniyanın paytaxtı

Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib

Almaniyada Dağlıq Qarabağla bağlı növbəti təxribatın qarşısı alınıb.

İstiPress-in məlumatına görə, Azərbaycanın bu ölkədəki səfirliyi “EuroSchein Souvenir GmbH” şirkəti tərəfindən üzərində “Republic of Artsakh” yazısı olan 0 avro suvenirinin dövriyyəyə buraxılmasının qarşısını alıb.

Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib, suvenirin dövriyyəyə buraxılmayacağını bildirib və bu barədə məlumatı internet saytından silib.