Paşinyandan Putinə şok zərbə

07 Noyabr, 2019 18:16 | Siyasət | Baxış sayı: 1108

Ermənistan baş naziri Rusiya ilə həlledici döyüşə hazırlaşır

İrəvanda məhkəmə Ermənsitanın keçmiş prezidenti Robert Koçaryanı həbsdən azad etməklə bağlı qaldırılmış vəsadəti rədd edib.

İstiPress-in “tert.am”a istinadən məlumatına görə, 2008-ci ilin 1 mart tarixində İrəvanda 8 nəfər nümayiş iştirakçısının ölümü ilə bağlı mühakimə edilən Koçaryanın azad edilməsi ilə bağlı vəkilin təklif etdiyi “girov müqabilində azadlıq” variantından imtina edilib. 

Erməni KİV-ləri bunu Nikol Paşiyan tərəfindən Rusiya prezidenti Vladimir Putinə qarşı edilmiş şok həmlə kimi dəyərlənhdirblər. Məsələ bundadır ki, Vladimir Putin həbsdə olmasına baxmayaraq, həmişə Robert Koçaryana dost münasibəti olduğunu bəyan edir. O, həbsxanaya məktub göndərərək, Koçaryanı təbrik etmişdi. Bu yaxınlarda İrəvana səfəri zamanı Nikol Paşiyanla görüşmədən Robert Koçaryanın evinə gedib xanımı ilə görüşmüşdü və ona ürək-dirək vermişdi.

Çoxları düşünürdü  ki, Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyən Nikol Paşinyan Putinin bu mesajını anlayıb, Koçaryanı həbsdə saxlamaqdan imtina edəcək. Amma tam tərsinə oldu.

Manvel Qriqoryan
Manvel Qriqoryan

Erməni qəzetlərinin yazdığına görə, Paşiyan hətta 1998-ci il oktyabrın 27-də Ermənmistan parlamentində spiker Karen Demirçyan və 7 deputatın ölümü ilə nəticələnmiş kütləvi qırğına görə də Koçaryanı mühakimə etmək niyyətindədir. "İrates" qəzetinin yazdığına görə, bunun üçün həbsxana xəstəxanasında ölüm yatağında olan general Manvel Qriqoryana təzyiq edilir. Ondan parlament qatili Nairi Hunanyanla Robert Koçaryanın yaxın əlaqələrinin olması barədə ifadə almağa çalışırlar, əvəzində azadlıq vəd edirlər. General isə onsuz da bu xəstəxanad öləcəyini nəzərə alaraq buna razılıq  vermir.

Bütün bunlar göstərir ki, Paşinyan heç də Rusiyanın tərəfinə keçmək niyyətində deyil. O, sadəcə vaxt udub hakimiyyətini möhkəmlədərək, Moskvaya son zərbəsini vurmağa və Ermənistanı KTMT və Avrasiya İttifaqı kimi rus alyanslarından çıxarmağa çalışır.